Yaponiya küçələrinin ayaqyalın təmizliyini yoxladı - Nəticə heyrətləndirdi - (Video)

28 İyul 2026 10:45

Yaponiyada lentə alınan maraqlı eksperiment sosial şəbəkələrdə geniş marağa səbəb olub.

Milli.Az xəbər verir ki, Türkiyəli gənc qız ölkənin küçələrinin nə dərəcədə təmiz olduğunu yoxlamaq üçün qeyri-adi üsula əl atıb. O, şəhər küçələrində ayaqyalın gəzərək ağ corab geyinib və nəticəni izləyicilərinə nümayiş etdirib.

Eksperimentin sonunda corabın demək olar ki, çirklənməməsi izləyiciləri heyrətləndirib. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Bir çox istifadəçi Yaponiyada küçələrin təmizliyinə heyran qaldığını bildirərkən, digərləri bunun ölkədəki nizam-intizam və gigiyena mədəniyyətinin göstəricisi olduğunu qeyd ediblər.

Paylaşılan video minlərlə baxış toplayaraq internet istifadəçilərinin diqqət mərkəzinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)