Daşkəsəndə “Niva” aşdı - Xəsarət alan var

27 İyul 2026 21:30

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Əmirvar kəndində baş verib.

Belə ki, "Niva" markalı avtomobilin aşması nəticəsində 1994-cü il təvəllüdlü Rasim Quliyev xəsarət alıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Qəzanın təfərrüatları araşdırılır./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)