Mahsun Kırmızıgül “Ahbap”la bağlı dindirildi

27 İyul 2026 21:04

Türkiyədə "Ahbap" Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində tanınmış simalar - vəkil Feyza Altun və məşhur müğənni Mahsun Kırmızıgül ifadə veriblər.

Milli.Az xəbər verir ki, hər iki məşhur şəxs Çağlayandakı İstanbul Ədliyyə Sarayına gəlib. İfadə vermə prosesi başa çatdıqdan sonra hər iki şəxs ədliyyə binasını tərk edib.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun "Ahbap" Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində dərnəyin sədri Haluk Levent barəsində saxlanılma qərarı verilib. İddialara əsasən, o, 2020-2026-cı illər ərzində ümumilikdə 990 milyon türk lirəsi (təxminən 36 milyon manat) məbləğində qumar oynayıb, bunun 390 milyon lirəsini (təxminən 14 milyon manat) itirib./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)