Bayılda meyit tapıldı

27 İyul 2026 19:43

Bakıda evdən meyit tapılıb.

Milli.Az xəbər verir ki, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi, E.Əzizov küçəsi ev 65 ünvanında qeydə alınıb. 

Araşdırmalar zamanı meyit tapılan şəxsin elə həmin ünvanda yaşayan, 1995-ci il təvəllüdlü Qardaşxan Rafiq oğlu Hüseynli olması müəyyən edilib. 

O, əsəb xəstəliyindən əziyyət çəkirmiş. Həmçinin onun içki aludəçisi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır./Lent.az 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)