Niyə bəzi yumurtalar çətin soyulur?

28 İyul 2026 06:06

Soyutma yumurtanın qabığını soyarkən yumurta ağının qabığa yapışaraq parçalanması çoxlarının qarşılaşdığı problemlərdən biridir.

Milli.Az xəbər verir ki, bunun əsas səbəbinin yumurtanın təzəliyi və pH səviyyəsi ilə bağlı olduğunu bildirirlər.

Məlumata görə, təzə yumurtalarda yumurta ağının pH səviyyəsi daha aşağı, yəni daha turş olur. Bu isə yumurta ağındakı albümin zülallarının qabığın altındakı pərdəyə daha möhkəm yapışmasına səbəb olur. Nəticədə qabıq soyularkən yumurta ağı da onunla birlikdə qopur.

Mətbəxdə geniş yayılan üsullardan biri də yumurta bişirilən suya karbonat (yeyinti sodası) əlavə etməkdir. Nəzəri baxımdan karbonat suyun pH səviyyəsini artıraraq qabığın daha asan soyulmasına kömək edə bilər. Lakin mütəxəssislər qeyd edirlər ki, bu üsul hər zaman gözlənilən effekti vermir. Çünki suyun qələvi təsirinin qabıqdan keçərək yumurtanın daxili pH-nı dəyişməsi bişmə müddətindən daha uzun vaxt tələb edir.

Buna görə də mükəmməl soyulan soyutma yumurta əldə etmək üçün ən effektiv üsul həddindən artıq təzə olmayan yumurtalardan istifadə etmək hesab olunur. Belə yumurtaların qabığı adətən daha rahat ayrılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)