İordaniya ordusu ölkənin hava məkanına daxil olan iki pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb.
İordaniyanın "Petra" dövlət agentliyinin hərbi mənbələrə istinadən yaydığı məlumata görə, PUA-lar Hərbi Hava Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində havada məhv edilib.
Bildirilib ki, insident zamanı insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.
Rəsmi açıqlamada pilotsuz aparatların hansı ölkə və ya qrup tərəfindən buraxıldığına dair məlumat verilməyib.
Qeyd edək ki, hadisə İran və ABŞ arasında qarşılıqlı hücumların artıq üçüncü gecədir dayandırıldığı dövrə təsadüf edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)