Samuxda fermada meyit tapıldı

27 İyul 2026 15:07

Samuxda meyit tapılıb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Füzuli kəndindəki fermada qeydə alınıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin fermada çoban işləyən, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Zöhrab Qənbər oğlu İlyasov olması müəyyən edilib.

Araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)