Azərbaycanlı müğənninin uşaqlıq görüntüləri gündəm oldu - (Video)

27 İyul 2026 15:00

Tanınmış müğənni Elvin Babazadənin uşaqlıq illərində lentə alınmış arxiv görüntüləri sosial şəbəkələrdə yayılaraq izləyicilərin marağına səbəb olub.

Milli.Az xəbər verir ki, yayılan kadrlarda balaca yaşlarında olan sənətçinin həmin dövrdə böyük populyarlıq qazanan Aygün Kazımovanın mahnılarından birini ifa etdiyi görünür.

Arxiv videosu qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər Elvin Babazadənin uşaqlıqdan musiqiyə olan marağını və ifa bacarığını yüksək qiymətləndirərək görüntülərlə bağlı çoxsaylı rəylər paylaşıblar.

Sənətçinin illər öncəyə aid bu görüntüləri sosial mediada müzakirə olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)