Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında mübahisə baş verib.
Milli.Az oxu.az- istinadla xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, hadisə 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Qadın sərnişin sürücünün avtobusu dayanacaqda saxlamadığını, bu səbəbdən növbəti dayanacaqda düşərək geri qayıtdığını bildirib.
Sorğuya cavab olaraq "Sumqayıt Nəqliyyat-1" MMC-dən bildirilib ki, insidhadisent sərnişinin avtobusun dayanacaqdan kənarda saxlanılmasını tələb etməsi səbəbindən baş verib.
"Sürücü sərnişinə avtobusu təxminən 10 metr irəlidə yerləşən dayanacaq məntəqəsində saxlayacağını bildirib. Məhz bu səbəbdən sərnişin etiraz edib və tərəflər arasında mübahisə yaranıb", - deyə məlumatda qeyd olunub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)