Çilinin Antofaqasta bölgəsində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin ocağı 93 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata əsasən, ölən və ya xəsarət alanlar, həmçinin ciddi dağıntılar barədə məlumat verilməyib. Yerli hakimiyyət orqanları vəziyyəti qiymətləndirməyə davam edir.
Qeyd edək ki, Antofaqasta Çilinin əsas mis hasilatı bölgələrindən biridir və Sakit okean sahilində, yüksək seysmik fəallıq zonasında yerləşir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)