Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb

27 İyul 2026 13:29

Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sərəncama əsasən, Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)