Memfis Depayın yeni klubu bəlli oldu

27 İyul 2026 14:37

Futbol üzrə Niderland millisinin hücumçu Memfis Depay Braziliya çempionatında çıxış etdiyi "Korintians" klubu ilə yeni müqavilə barədə razılığa gəlib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 32 yaşlı forvardın "Korintians"la yeni müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədə olacaq.

"Mançester Yunayted"in sabiq futbolçusu 2024-cü ildə Braziliya klubuna transfer olunub. Həmin vaxtdan bəri Depay 78 oyunda meydana çıxıb. O, bu matçlarda 20 qol vurub, 15 məhsuldar ötürmə edib. Niderlandlı futbolçunun transfer dəyəri 7 milyon avro qiymətləndirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)