Türkiyənin tanınmış müğənnisi Çelik bu dəfə səhnədə deyil, balıq bazarında hamam süngərləri satarkən görüntülənib.
Milli.Az xəbər verir ki, sənətçi həmin anları sosial media hesabında paylaşaraq köşkün arxasında dayanmasının maddi səbəbdən irəli gəlmədiyini bildirib.
"Paylaşmaq həmişə pulla bağlı deyil. Bəzən kiminsə yanında olmaq, ona dəstək vermək kifayətdir. Sadəcə varlığımın onlar üçün mənəvi dəstək olmasını istəyirəm", - deyə Çelik qeyd edib.
Müğənni bildirib ki, bazarda olmasının məqsədi yaxınlarına dəstək olmaqdır. Onun sözlərinə görə, imkan tapdıqca ailə üzvlərinin və yaxınlarının yanında olmağa çalışır.
Çeliki bazarda görən vətəndaşlar ona böyük maraq göstəriblər.
Qeyd edək ki, Çelik son vaxtlar xeyriyyə fəaliyyəti ilə də gündəmə gəlir. O, daha əvvəl zəlzələdən zərər çəkmiş bölgələrdə mağaza və apteklərdə borcu olan insanların borclarını ödəməklə ictimaiyyətin rəğbətini qazanmışdı.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)