Pirallahı və Qala qəsəbələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, aparılan təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 08:00-dan işlər başa çatanadək Pirallahı qəsəbəsinin bir hissəsində, saat 10:00-dan isə işlər yekunlaşana qədər Xəzər rayonunun Qala qəsəbəsində qazın verilişində qısamüddətli fasilə olacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)