İki hindistanlı turist Sinqapurdakı bir mağazadan təxminən 200 mindollar dəyərində bir almaz oğurlayıb və hava limanında yaxalanıblar.
Milli.Az-ın xarici mediaya istinadən məlumatına görə, hadisənin özü iyunun 19-da baş verib, lakin cinayətkarlariyulun 17-nə qədər cəzalandırılmayıblar. İş materiallarında qeyd edilir ki, 41 yaşlı Manqroliya Manockumar Kurcibhay və 30 yaşlı Serasiya Milan Ramnikbhay Çin məhəlləsindəki "Dianoçe" zərgərlik mağazasına baş çəkiblər. Orada olarkən onlardan biri ağzında Hindistanda istehsal olunmuş saxta brilyant gəzdirib.
Mağazada turistlər 4.95 karatlıq daşı göstərməyi xahiş ediblər və satıcı diqqətini yayındırdıqda onu saxta daş ilə dəyişdiriblər. Daha sonra Kurcibhay onu almaq barədə düşünəcəklərini deyib və kişilər gediblər. Daha sonra məlum olub ki, Ramnikbhay əsl daşı mağazadan ağzında çıxarıb.
Cütlüyün hərəkətləri müşahidə kameralarına düşüb. Elə həmin gün cinayətkarlar Çanqi hava limanında evə uçmağa çalışarkən həbs ediliblər. Kurcibhay iki il iki ay iki həftə həbs cəzasına məhkum edilib. Ramnikbhayın işi hələ də davam edir./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)