Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.
Milli.Az xəbər verir ki, təmsilçimiz Xorvatiyada keçirilən qitə birinciliyində İslandiya yığması ilə qarşılaşıb.
Oyun Azərbaycan millisinin 56:95 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Yığmamız daha öncə Polşa millisinə 60:70 hesabı ilə yenilib, Ukraynanı isə (77:68) üstələyib. U-18 qrupda növbəti oyununu iyulun 28-də Bakı vaxtı ilə saat 12:30-da Portuqaliya seçməsinə qarşı keçirəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)