Rusiya və Qazaxıstan yanacaq tədarükü barədə razılığa gəldi

26 İyul 2026 14:10

Rusiya hakimiyyəti yanacağın tədarükü ilə bağlı Qazaxıstanla razılığa gəlib.

Milli.Az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

"Düzdür, həcmlər azdır, lakin lazım gələrsə, Rusiya Federasiyasına da tədarük edilə bilər", - Novak bildirib.

Qeyd edək ki, Ukraynanın neft emalı zavodlarını vurması səbəbindən Rusiyada uzun müddətdir yanacaq böhranı yaranıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)