"Maaşımı verməsəniz, gedirəm!"

26 İyul 2026 13:57

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen Türkiyə klubunun rəhbərliyini sərt tənqid edib.

Milli.Az xəbər verir ki, nigeriyalı hücumçu sosial media hesabında canlı yayım zamanı bildirib ki, 3 aydır maaş ala bilmir.

"Üç aydır maaşımı almıram. Mən olmasaydım, dünyada heç kim "Qalatasaray"ı tanımazdı. Əgər pulumu verməsəniz, gedəcəyəm" - deyə Osimhen bildirib.

Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm 33 matçda 22 qol vurub və 8 məhsuldar ötürmə edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)