“Şamaxı” Qətər klubuna qarşı yoxlama oyununa çıxacaq

26 İyul 2026 11:43

"Şamaxı" yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxalama oyununa çıxacaq.

Milli.Az xəbər verir ki, komanda bu gün Qətərin 2-ci liqa təmsilçisi "Əl-Xaritiyat" klubu ilə üz-üzə gələcək.

Qəbələdə keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Şamaxı" ilk yoxlama matçında "Kəpəz"lə qolsuz heç-heçə edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)