Bakıda evdə meyit aşkarlandı

26 İyul 2026 10:04

Bakıda mənzildə bir nəfərin meyiti aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən iki xilasetmə əməliyyatı həyata keçirilib.

Əməliyyatlar zamanı bir nəfərə müvafiq köməklik göstərilib, digər ünvanda isə bir nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)