Rusiyanın Şimali Koreyadan daha 30 min hərbçi qəbul etməyə hazırlaşdığı iddia olunur.
Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Şimali Koreya ilə hərbi əməkdaşlığını şərh edərkən danışıb.
Onun sözlərinə görə, Moskva əlavə 30 min şimali koreyalı hərbçinin qəbulu üçün hazırlıq işlərinə hələ iyun ayından Voronej vilayətində başlayıb.
Zelenski həmçinin bildirib ki, Şimali Koreya Rusiyaya yeni ballistik raket buraxılış qurğuları təhvil verməyə də hazırlaşır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)