Coratda 26 yaşlı gənc dənizdə boğulub

25 İyul 2026 22:22

Sumqayıt şəhərində dənizdə batan şəxsin meyiti tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində, ən yaxın xilasetmə məntəqəsindən 1,5 kilometr aralıda yerləşən nəzarətsiz dəniz sahəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb edilib.

Axtarışlar nəticəsində 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)