Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi

25 İyul 2026 22:16

"ABŞ Prezidenti Donald Tramp təxminən iki həftədir davam edən intensiv hücumlardan sonra Amerika hərbçilərinə İrana endirilən zərbələri dayandırmaq barədə göstəriş verib".

Milli.Az xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Ağ Ev rəhbərinin bu qərarı Oman rəsmilərinin Tehrandakı danışıqları fonunda verilib.

Bildirilib ki, tərəflər Hörmüz boğazında gəmiçiliyin bərpasına dair razılaşmanın əldə olunmasında "müəyyən irəliləyişə" nail olublar./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)