Göygöldə Yaylaq Festivalında çardaq uçdu - Xəsarət alanlar var

25 İyul 2026 21:02

Göygöldə keçirlən Milli Yaylaq Festivalında quraşdırılmış çardaq uçaraq ərazidə olan insanların üzərinə aşıb.

Milli.Az"Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin məlumata görə, xəsarət alanlar var.

Əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.

Yaralıya ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)