"Arka Sokaklar" serialının ssenaristi Ozan Yurdakul sosial şəbəkə paylaşımında layihənin başa çatdığını elan edib.
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Yurdakul 2006-2022-ci illər arasında "Erler Film"in çətiri altında çəkilən serialın daha sonra "D Media"nın prodüserliyi ilə üç mövsüm də davam edərək 20-ci mövsümünü tamamladığını xatırladıb. O, yeni mövsüm hazırlıqları davam edərkən "D Media" və "Kanal D"nin ortaq qərarı ilə serialın davam etdirilməməsinə qərar verildiyini qeyd edib.
Ssenarist, mərhum Türker İnanoğlu tərəfindən 2006-cı ildə başladılan "Arka Sokaklar" macərasının beləliklə başa çatdığını ifadə edib. Təxminən 20 il və 751 həftə ərzində ekranlarda qalan serialın tamaşaçısına layiqincə vida edə bilmədiyini dilə gətirən Yurdakul layihədə əməyi olan hər kəsə və izləyicilərə təşəkkür edib./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)