Daxili Qoşunların ehtiyatda olan hərbçisi vəfat edib.
Milli.Az xəbər verir ki, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Soltan Mahmudov Gəncədə dünyasını dəyişib.
Soltan Mahmudov Daxili Qoşunlarda müxtəlif məsul vəzifələrdə, o cümlədən hərbi hissə komandirinin texniki hissə üzrə müavini kimi xidmət edib./"Qafqazinfo"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)