TikTok-da qeyri-etik ifadələr işlədən qadın cəzalandırıldı

25 İyul 2026 17:50

Ağsu rayonunda Tiktok sosial şəbəkəsində canlı yayımda qeyri-etik ifadələr səsləndirən 25 yaşlı qadın müəyyən edilib.

Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, 2001-ci il təvəllüdlü N. B. özünə məxsus səhifəsində nalayiq küçə söyüşləri söyüb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib.

Ağsu Rayon Məhkəməsinin qərarı ilə o, 500 manat miqdarında cərimə edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)