Tokayevdən Putinə çağırış: Münaqişəni dondurun, İstanbul danışıqlarına qayıdın

25 İyul 2026 16:57

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya-Ukrayna münaqişəsinin dondurulmasını və tərəflərin İstanbul danışıqlarına yenidən qayıtmasını təklif edib.

Milli.Az "İnterfaks"a istinadən xəbər verir ki, Tokayev bu fikirləri Omskda Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüş zamanı səsləndirib.

"Düşünürəm ki, artıq bu münaqişəni dondurmağın və İstanbul formatı 2.0 çərçivəsində danışıqları bərpa etməyin vaxtıdır. Çünki həmin platformada mühüm nəticələr əldə olunmuşdu", - deyə Qazaxıstan Prezidenti bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)