Sabah çimərliklərdə 30 dərəcəyə qədər isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah cənub-şərq küləyi əsəcək.
Çimərliklərdə dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq.
Qeyd edək ki, növbəti günlərdə Bakıda və Abşeron yarımadasında şiddətli istilərlə bağlı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)