Türkiyədə sərnişin avtobusu ilə avtomobil toqquşdu - 30 yaralı var - (Foto)

25 İyul 2026 13:26

İstanbulun Eyüpsultan rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub. 

Milli.Az xəbər verir ki, toqquşma nəticəsində 30 nəfər xəsarət alıb.

Qəza zamanı avtobus idarəetmədən çıxaraq yol nişanının dirəyinə çırpılıb.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanalara çatdırılıblar. 

İstanbul şəhər səhiyyə müdiri Abdullah Emre Güner hadisə ilə bağlı açıqlamasında bildirib ki, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)