ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin və Rusiya İrana hərbi dəstək göstərmir.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin ona İrana silah satmayacaqlarını bildiriblər. Onun sözlərinə görə, bu mövqe həmin ölkələrin şirkətlərinə də aiddir.
ABŞ lideri vurğulayıb ki, əgər Pekin və Moskva İranı silahlandırsa, bu, onlar üçün ciddi nəticələr yarada bilər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)