Zelenski və Tramp Vaşinqtonda görüşəcək

25 İyul 2026 12:25

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin gələn çərşənbə axşamı Vaşinqtonda görüşü planlaşdırılır.

Milli.Az xəbər verir ki, Ukrayna tərəfi də bu səfərin baş tutmasında maraqlıdır. Bununla belə, Zelenskinin ABŞ-a səfəri ilə bağlı yekun qərarın Ağ Evin Trampın rəsmi iş qrafikini təsdiqləməsindən sonra veriləcəyi bildirilir.

Mənbələrin sözlərinə görə, Vaşinqton və Kiyev arasında keçirilən müzakirələrdə Rusiyaya təqdim edilməsi nəzərdə tutulan yeni sülh təşəbbüsləri də gündəmdə olub. Təkliflər arasında hava məkanında döyüş əməliyyatlarının dayandırılması məsələsi də yer alır. Bu təşəbbüsün Ukraynada müharibənin dayandırılmasına yönəlmiş növbəti sülh paketi çərçivəsində irəli sürüldüyü qeyd edilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)