Atasının ölümündən sonra MakSim də xəstəxanaya yerləşdirildi

25 İyul 2026 10:45

Rusiyalı müğənni MakSim atasının vəfatından sonra səhhətində yaranan problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, sənətçi sosial media hesabında paylaşdığı açıqlamada güclü stress keçirdiyini və hazırda həkim nəzarətində müalicə aldığını bildirib.

MakSimin sözlərinə görə, həkimlər ona bir müddət uçuş etməyi və səhnə fəaliyyətini dayandırmağı tövsiyə ediblər. Bu səbəbdən müğənni yaxın günlər üçün planlaşdırılan bütün konsertlərini təxirə salmaq qərarı verib.

Sənətçi pərəstişkarlarından anlayış göstərmələrini istəyərək, səhhəti yaxşılaşdıqdan sonra yenidən səhnəyə qayıdacağını qeyd edib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)