Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı

25 İyul 2026 00:14

"Əməkdar artist Elnur Kərimovu sancan ilan ölüb".

Milli.Az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında teatrın aktyoru İlham Əsədov bildirib.

Onun sözlərinə görə, Elnur Kərimovun səhhəti hazırda yaxşıdır:

"Xəstəxanaya apardıq.
Həkimlər müayinə etdilər. Daha sonra evə buraxdılar və narahatlığa əsas olmadığını bildirdilər. Ən maraqlısı isə odur ki, Elnuru sancan ilan ölüb".