Biləcəridə baş verən yanğın söndürülüb, hərəkət məhdudiyyəti aradan qaldırılıb - (Yenilənib)

24 İyul 2026 21:20

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) isə yanğın səbəbindən "Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətin aradan qaldırıldığını açıqlayıb.

xxx

Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda otluq ərazidə yanğın baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi tərəfindən "Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)