Avtomobil təmiri sexində meyit tapıldı

24 İyul 2026 18:51

Gəncə şəhərində meyit tapılıb. 

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisindəki avtomobil təmiri sexində qeydə alınıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin şəhər sakini, 1988-ci il təvəllüdlü Elmidar Sultan oğlu Əliyev olması müəyyən edilib.

Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)