Müğənni Vəfa Şərifova həmkarı Samirə Yusifqızının onun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında paylaşım edərək məsələ ilə bağlı sərt açıqlamalar verib.
Vəfa Şərifova toy məclisləri ətrafında aparılan müzakirələrin şişirdildiyini bildirərək, bu mövzunun dramatikləşdirilməsinə ehtiyac olmadığını vurğulayıb.
"Palatkalarda nələr görmüşük..." ifadəsini işlədən sənətçi paylaşımı ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Samirə Yusifqızı daha əvvəl açıqlamasında "palatka toyları" ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlmiş, bu açıqlama sənət cameəsində və sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurmuşdu.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)