Rusiya Ukraynanın paytaxtı Kiyevi ballistik raketlərlə vurub.
Milli.Az xəbər verir ki, Rusiya ordusunun Kiyevə endirdiyi raket zərbələri nəticəsində azı 6 nəfər həlak olub, onlarla insan yaralanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.
Məlumata görə, hücum zamanı Kiyev istiqamətinə azı 10 ballistik raket, o cümlədən "Sirkon" hipersəs raketləri buraxılıb. Şəhərdə hava hücumundan müdafiə sistemləri işə salınıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)