"5 ildir yanımızda olmasa da, qəlbimizdə yaşayacaq"

24 İyul 2026 15:06

Müğənni Sevda Əliqızı mərhum duet ortağı, Xalq artisti Səməd Səmədovla bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, o, sənətçinin ölüm ildönümündə yad edib.

Sevda paylaşımına bu sözlərlə şərh verib:

"Bu gün artıq 5 ildir Səməd Səmədov axirət dünyasına köçdü. Yanımızda olmasa da, qəlbimizdə hər zaman yaşayacaq. Allah rəhmət eləsin".

Xatırladaq ki, Səməd Səmədov 2021-ci ildə koronavirus yoluxub və vəfat edib. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)