Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib

24 İyul 2026 14:30

Oğuz rayonunun Qarabulaq kəndi ərazisində baş verən yanğın hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində yanğının rayon sakini R.Əhmədov tərəfindən törədildiyi müəyyən edilib.

Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı R.Əhmədov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)