Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib.
Rusiya KİV-in məlumatına görə, Putin həmkarına ünvanladığı məktubda onun dövlət başçısı kimi fəaliyyətini yüksək qiymətləndirib.
Rusiya lideri qeyd edib ki, Mirziyoyevin prezidentlik fəaliyyəti Özbəkistanın sosial-iqtisadi inkişafı və ölkənin beynəlxalq nüfuzunun artması ilə yadda qalıb.
"Prezident vəzifəsində fəaliyyətiniz Özbəkistanın uğurlu sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artması ilə əlamətdardır", - deyə Putin təbrik məktubunda bildirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)