ABŞ-ın Florida ştatında İsrail əsilli iş adamı və realiti-şou iştirakçısı Yakir Levi faciəli şəkildə həyatını itirib.
Milli.Az xəbər verir ki, xarici KİV-in məlumatına görə, 45 yaşlı iş adamı lüks otelin 28-ci mərtəbəsindən yıxılıb.
Polisin ilkin qeydlərində hadisənin ehtimal olunan intihar kimi qiymətləndirildiyi bildirilib. Lakin Levinin ailəsi və yaxınları bu versiyanı qəbul etməyərək, iddianı qəti şəkildə rədd ediblər.
Məlumata görə, Levi hadisədən bir neçə dəqiqə əvvəl dostlarına "Gəlirəm" mesajı göndərib.
Faktla bağlı araşdırma davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)