Bakıda iş yoldaşının bank hesabından pul mənimsəməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Milli.Az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 26 yaşlı Ə.Nərimanov saxlanılıb.
İlkin araşdırmalara görə, şübhəli bir neçə dəfə iş yoldaşına mobil bank tətbiqi vasitəsilə pul köçürməyə kömək edib. Bu zaman o, zərərçəkənin hesab məlumatlarını tətbiqdə yadda saxlayıb.
Daha sonra həmin məlumatlardan istifadə edərək müxtəlif vaxtlarda zərərçəkənin hesabından hissə-hissə ümumilikdə 6 min manata yaxın vəsaiti öz hesabına köçürərək ələ keçirib.
Faktla bağlı cinayət işi üzrə araşdırma davam etdirilir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)