İran ABŞ-ın atəşkəs təklifini rədd edib

24 İyul 2026 11:30

İran ABŞ tərəfindən təqdim olunan atəşkəs təklifini qəbul etməyib.

Milli.Az xəbər verir ki, bu barədə "Nyu York Post" iranlı rəsmilərə istinadən xəbər yayıb.

Bildirilib ki, təklif ABŞ tərəfindən İraqın Baş naziri Əli əz-Zeydi vasitəsilə Tehrana çatdırılıb. Lakin İran tərəfi müvəqqəti razılaşmada maraqlı olmadığını açıqlayıb.

İran rəsmilərinin sözlərinə görə, belə bir razılaşma Hörmüz boğazına nəzarətlə bağlı məsələnin açıq qalmasına səbəb olacaq.

ABŞ-ın irəli sürdüyü atəşkəs təklifinin konkret şərtləri isə açıqlanmayıb.

Qeyd edək ki, ABŞ iyulun 8-dən etibarən İrana qarşı zərbələri yenidən davam etdirir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)