Şirvan şəhərində antibiotik iynəsi vurulan şəxs həyatını itirib.
Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə iyulun 23-də qeydə alınıb.
Bildirilib ki, 1980-ci il təvəllüdlü şəhər sakini Sadiq Əbülfət oğlu Hümbətov yaşadığı evdə diz nahiyəsinə antibiotik iynəsi vurduqdan sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)