Serenay reklamdan milyonlar qazanacaq - Rekord qazanc

24 İyul 2026 12:43

İtaliyadakı tətilini başa vuraraq İstanbula qayıdan məşhur türkiyəli aktrisa Serenay Sarıkaya iş qrafikinə sürətlə geri dönüb. O, siması olduğu iki tanınmış brendlə əməkdaşlığını yeniləyərək ümumilikdə 75 milyon TL (təxminən 2,7 milyon manat) dəyərində müqavilə imzalayıb.

Milli.Az xəbər verir ki, iddialara əsasən, aktrisa bank reklamından 35 milyon, cins geyim markası ilə müqavilədən isə 40 milyon türk lirəsi gəlir əldə edəcək.

Bununla yanaşı, Serenay Sarıkaya təxminən 10 ildən sonra yenidən kino layihəsində rol alacaq. O, rejissor Doğuş Algünün çəkəcəyi "Sevdiyim İnsanlar" filmində baş qəhrəman Azra obrazını canlandıracaq.

Filmin süjeti doğulduğu şəhərə qayıdan və keçmişi ilə üzləşən bir qadının həyatından bəhs edir. Çəkilişlərin yaxın aylarda başlaması planlaşdırılır.

Qeyd edək ki, Serenay Sarıkaya sonuncu dəfə 2016-cı ildə ekranlara çıxan "İkimizin Yerine" filmində rol almışdı.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)