Hacıqabulda 15 yaşlı oğlan anasının maşınını götürüb qəza törətdi

24 İyul 2026 10:17

Hacıqabulda 15 yaşlı yeniyetmə anasının avtomobilini icazəsiz idarə edərək qəza törədib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Hacıqabul şəhəri ərazisində baş verib.

Məlumata görə, 2011-ci il təvəllüdlü Ə.İ. anasına məxsus "Çanqan" markalı avtomobili icazəsiz götürərək idarə edib. Hərəkətdə olarkən nəqliyyat vasitəsi hasara çırpılıb.

Qəza nəticəsində xəsarət alan yeniyetmə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)