ABŞ 60 ölkənin məhsullarına yeni rüsum tətbiq edir

24 İyul 2026 10:40

ABŞ Prezidenti Donald Tramp administrasiyası iyulun 25-dən etibarən onlarla ölkədən idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq etməyə başlayacaq.

Milli.Az xəbər verir ki, ABŞ Ticarət Nümayəndəliyinin açıqlamasına əsasən, qərar 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə uyğun qəbul edilib və ölkəyə daxil olan idxal məhsullarının böyük hissəsini əhatə edir.

Yeni qaydalara əsasən, bəzi ölkələrin məhsullarına 10 faiz, digərlərinə isə 12,5 faiz həcmində tarif tətbiq olunacaq. Bununla yanaşı, neft, təbii qaz, gübrə, bəzi ərzaq məhsulları, həmçinin polad, alüminium, mis və avtomobillər kimi artıq digər tarif rejimlərinə daxil olan mallar bu qərardan kənarda saxlanılıb.

10 faizlik tarif tətbiq ediləcək ölkələr sırasında Argentina, Banqladeş, Böyük Britaniya, Kanada, Hindistan, İndoneziya, Meksika, Pakistan və Şri-Lanka yer alır. Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Tayvan və İsveçrə üçün isə əvvəlki rüsumlarla birlikdə ümumi tarif dərəcəsi 10-12,5 faiz olacaq. Digər 38 ölkə, o cümlədən Çin üçün 12,5 faizlik idxal rüsumu müəyyən edilib.

Qərar bir sıra dövlətlərin etirazına səbəb olub. 

Ağ Ev hesab edir ki, məcburi əməkdən istifadə edilən məhsullar ABŞ istehsalçıları üçün ədalətsiz rəqabət yaradır. Administrasiyanın fikrincə, yeni rüsumlar həm insan hüquqlarının pozulmasına qarşı təzyiq vasitəsi olacaq, həm də yerli istehsalçıların maraqlarını qoruyacaq.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)