Kukurelya saçlarını autizmli oğluna görə uzadırmış - (Foto)

24 İyul 2026 10:15

İspaniyalı ulduz futbolçu Mark Kukurelya uzun illərdir fərqləndirici buruq saçları ilə futbol azarkeşlərinin diqqətini cəlb edir.

Milli.Az-ın məlumatına görə, məlum olub ki, futbolçunun bu görünüş seçiminin arxasında olduqca təsirli bir səbəb dayanır.

Kukurelya bildirib ki, saçlarını autizmli oğlu Mateo üçün uzadır. Onun sözlərinə görə, bu, sadəcə imic məsələsi deyil, ata ilə oğul arasında xüsusi bir bağın simvoludur.

Futbolçu etiraf edib ki, oğlu saçlarını çox sevir və bu xüsusiyyət sayəsində onu daha rahat tanıya bilir.

"Autizmli bir oğlum var. Kaş heç pulum olmayaydı, amma oğlum sağlam olaydı. Saçlarımı ona görə uzadıram ki, o, onları sevir. Həm də bir anlıq məni unutsa belə, saçlarıma baxıb məni tanıya bilsin", - deyə Mark Kukurelya bildirib.

Onun bu səmimi etirafı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İzləyicilər futbolçunun övladına göstərdiyi sevgi və qayğını yüksək qiymətləndirərək paylaşımın altında çoxsaylı dəstək mesajları yazıblar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)