Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2-ci kurs tələbəsi vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.
Bildirilib ki, universitetin 2-ci kurs tələbəsi Fərid Şirinov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Faktla bağlı əlavə məlumat verilməyib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)